Müğənnilər Natavan Həbibi, İlhamə Qasımova, ABD Malik, Elnur Məmmədov və Azad Şabanov rəqqasə Oksana Rəsulovaya həsr etdikləri «Bu gözəlin rəqsinə bax” adlı mahnıya klip çəkdiriblər. Lent.az-ın məlumatına görə, artıq mahnı üçün klip çəkilişləri yekunlaşıb. Klip yaxın vaxtlarda təqdim olunacaq.
Qeyd edək ki, klipi O.Rəsulovanın qardaşı Anar Rəsulov çəkib. O, ekran işini bacısına hədiyyə etdiyini deyib.
Qeyd edək ki, «Bu gözəlin rəqsinə bax” adlı bəstənin müəllifi gənc şairə Gülnar Hüseynovadır. O, mahnını rəqqasə Oksana Rəsulovanın Hindistanda keçirilən “İndias Best Cine Star Ki Khoj” yarışmasındakı qalibiyyətindən ilhamlanaraq yazdığını bildirib. Bəstənin aranjemanı Nadir Nəğdpula məxsusdur. Ekran işi təkcə Azərbaycanda yox, Hindistanda da nümayiş etdiriləcək.