Biznes-ledi kimi tanınan rəqqasə Fatimə Fataliyeva müğənni Nadir Qafarzadənin “Maral” mahnısına rəqs hazırlayıb. Rəqqasə Lent.az-a bildirib ki, o, yeni rəqsini sentyabrın 13-də N.Qafarzadənin "Yaşıl Teatr"da olacaq konsertində təqdim edəcək: “İstirahətdə olanda da işlərimə fasilə vermədim, yeni rəqslər hazırladım. Sonra 2-ci biznesim olan xınayaxdı mərasimlərini yeni ad altında təşkil etdim. Bundan əlavə, dostum N.Qafarzadənin "Yaşıl Teatr"da baş tutacaq konsertinə hazırlaşıram. “Maral” rəqsini həmin konsertdə nümayiş etdirəcəm. Hazırda çox ciddi iş rejimində çalışıram. Bu mövsümdə yeniliklərim və necə deyərlər, partlayışlarım çox olacaq. Bir çox yeni, gözlənilməz layihələrə imza atacam. Hazırda həmin layihələr yekunlaşmaq üzrədir. Gözləməyə dəyər”.

Oxşar yazılar

Ronaldo toydan əvvəl hədiyyələrə nə qədər xərcləyib?
15 avqust 2025 , 16:14
Məşhurlar qucaqlaşıb foto paylaşdılar
15 avqust 2025 , 15:01
Müğənninin ölümünün 35-ci ildönümündə ŞOK: qəbri üstündə pivə içdilər
15 avqust 2025 , 12:34
Milyoner ana usaqlarını özəl təyyarə ilə gəzdirir - FOTOLAR
15 avqust 2025 , 11:51
Sinem Kobal 38 yaşında gənc qız kimi göründü - FOTOLAR
15 avqust 2025 , 11:07
Alla Puqaçova Rusiya vətəndaşlığından imtina etdi
14 avqust 2025 , 23:08
Taylor Swifti əvvəllər heç belə görmədiniz- FOTOLENT
14 avqust 2025 , 15:41