Qohumları girov götürdükləri bəyə görə pul istəyiblər
22 yanvar 2014 05:25 (UTC +04:00)

Qohumları girov götürdükləri bəyə görə pul istəyiblər

Kolumbiya polisi oğurlanmış Almaniya vətəndaşını azad edib. Lent.az-ın «euronews»-a istinadən məlumatına görə, həmin alman internetdə tanış olduğu qızı görmək və onunla evlənmək üçün Kolumbiyaya səfər edib.

 

Orada qızın qohumları qonağa həddindən artıq narkotik maddə qəbul etdirib, huşsuz hala düşən almanı zəncirləyiblər. Sonra girov almaq qarşılığında qaçırıblar.

 

Hazırda Almaniya vətəndaşı həkim nəzarəti altındadır. 

# 1144
avatar

Oxşar yazılar