Günay səhnəyə yarıçılpaq çıxdı
02 sentyabr 2013 11:03 (UTC +04:00)

Günay səhnəyə yarıçılpaq çıxdı

Müğənni Günay İbrahimli Nahid Emiloğlunun təşkilatçılığı ilə Yaşıl Teatrda “De onun adı nədir?” adlı solo konsert verib. Lent.az-ın məlumatına görə, konsert dünən saat 21-də baş tutub. Aparıcı Nanə Ağamalıyeva olub. O, konsertə gələn qonaqları salamladıqdan sonra səhnəyə   G. İbrahimlini dəvət edib. Gecədə tanınmışlardan İlqar Muradov, Elnur Məmmədov, Teymur Əmrah, Zamiq Hüseynov, Sevin Ağaşirinova, Gökon Erol, Hacı Nazim, aktyor Fərda Xudaverdiyev, idmançı Kamil Zeynallı iştirak ediblər.  Müğənnini “Nero” rəqs qrupu müşayiət edib. 1 saatlıq çıxışdan sonra Günay fasiləyə gedib və yerini rəqs qrupuna verib. Fasilədən sonra müğənni “Söz olar”, “Səndən öncə, səndən sonra”, “Mən də sənə inanırdım”, “Özümdə sənsən”, “Yadına sal” mahnılarını oxuyub. Müğənni konsertini musiqisi Hacı Nazimə, sözləri Azər Şirinə məxsus olan “Azərbaycan” mahnısı ilə yekunlaşdırıb.

 

Konsertdən sonra o, öz təəssüratlarını Lent.az-la bölüşüb: “Öncə bu konsertə görə təşkilatçı Nahid Emiloğluna və mənim ifaçı olmağımda böyük əməyi olan Nuriyyə xanıma minnətdarlığımı bildirirəm. İlk mahnımı ifa edəndə çox həyəcanlı idim. Amma sonra bu həyəcan da keçdi. Çox sevincliyəm, arzu etdiyim günü yaşadım. Həmişə fikirləşirdim ki, görəsən, mən konsert verə bilərəmmi? Çox şükür, bu arzuma çatdım. Mənə bir çox tanınmışlar gül dəstəsi hədiyyə etdi. Röya Ayxan gəlməsə də ilk gül dəstəsini o, göndərmişdi. Konsertimə mənə dəstək olmaq üçün valideynlərim də gəlmişdi. Konsertimə gələn hər kəsə təşəkkür edirəm. Stilist Elnur Həsənova, musiqiçilərə, prodüserim Sevinc Hüseynovaya, rəqs qruplarına əziyyət çəkənlərin hamısına minnətdaram. Nə yaxşı, varsınız”.

 

Qeyd edək ki, konsertin informasiya dəstəkçisi Lent. az idi.

# 4381
avatar

Yalçın UĞUR

Oxşar yazılar