Azərbaycanlı rəqqasə Oksana Rəsiulova dekabrın 18-də mətbuat konfransı keçirəcək. Lent.az-a açıqlama verən rəqqasə deyib ki, o, sabah sürpriz bir layihəsini media işçilərinə təqdim edəcək: “Sabah çox gözəl bir layihəm işıq üzü görəcək. Həmin proyekt nədən ibarət olduğunu isə hələ ki, sirr saxlamaq istəyirəm. Sabah hər şeyə aydınlıq gətirəcəyəm. Bircə onu deyə bilərəm ki, məndən gözləmədiyiniz bir layihə gəlir”.
Xatırladaq ki, O.Rəsulovanın mətbuat konfransı paytaxt məkanlarının birində keçiriləcək.
Qeyd edək ki, O.Rəsulova layihə çərçivəsində ilk dəfə milli rəqs nümayiş etdirəcək.