Nazəninin başına iş gəlib: <b>"Allah məni övladlarıma bağışladı"</b>
11 dekabr 2014 10:25 (UTC +04:00)

Nazəninin başına iş gəlib: "Allah məni övladlarıma bağışladı"

Müğənni Nazənin Türkiyəyə yola düşüb. Lent.az-a açıqlama verən ifaçı bildirib ki, səfərinin məqsədi yaradıcılıq işləridir: “Mən heç vaxt öncədən vəd vermirəm. Həmişə iş gördükdən sonra pərəstişkarlarımı sevindirirəm. İstanbulda olmağımızın ən önəmli səbəbi  2015-ci ilin mart ayında işıq üzü görəcək növbəti albomumla bağlı idi. Danışıqlar tam yekunlaşmadığından bütün detalları izah edə bilmərəm. Dinləyicilərimə deyirəm ki, bir az da səbirli olsunlar. Novruz bayramı ərəfəsində musiqi toplusunu onlara hədiyyə edəcəyəm”.

 

Nazənin onu da əlavə edib ki, Türkiyədə klip də çəkdirib: “Türkiyədə “Ay ürəyim” adlı mahnıma klip çəkdirdim. Əsas çəkilişlər Boğaz körpüsünün altında üzən yaxtalardan birində  baş tutub. Kirayələdiyimiz gəmidə rejissor kadrların daha mükəmməl olması üçün məndən fədakarlıq etməyimi istəyirdi. Düşünün, sürətlə üzən yaxtanın ən üst yerində mahnını ayaqüstə dayanıb oxumağım lazım idi.  Səhnə libasında olduğumdan  soyuq bütün bədənimi titrədirdi. Ayaq üstə dayanmaqdan başqa yolum qalmadığını anladım və gəminin ən üst yerinə qalxmışdım ki, güclü külək məni yerə yıxdı.  Təsəvvür edin, dənizə düşsəydim, elə o an ürəyim dayanardı.  Qurban olum Allaha, məni övladlarıma bağışladı. Bu səhnələrin klipdə yer almasını qətiyyən istəmirəm”.

 


Qeyd edək ki, “Ay ürəyim”in söz və musiqisi Sevinc Mansurova, klipin operatoru Yusuf Karakayadır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 312

Oxşar yazılar