Nahid Emiloğlu əməliyyat olunmasından danışdı - YENİLƏNİB
21 yanvar 2014 11:52 (UTC +04:00)

Nahid Emiloğlu əməliyyat olunmasından danışdı - YENİLƏNİB

 

 

Nahid Emiloğlu əməliyyat haqda  Lent.az-a danışıb. Təşkilatçı bir neçə gün öncə bıçaq altda düşdüyünü dilə gətirib: “Geniş infarkt keçirtmişəm. Qapalı əməliyyat oldu. Bu gün artıq xəstəxana ab-havasına dözə bilməyib evə buraxıldım. Bir az babatam, yavaş-yavaş düzələcəm. Yanımda olan bütün dostlara təşəkkür edirəm”.

 

***

10.49

Nahid Emiloğlu ürəyindən əməliyyat olunub

“Səs music organization”nun rəhbəri Nahid Emiloğlu əməliyyat olunub. Lent.az-ın məlumatına görə, o, şiddətli ürək ağrıları ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılsa da, ordan da təcili Mərkəzi Gömrük Hospitalına əməliyyata alınıb.

 

İlkin məlumata görə, təşkilatçının ürək damarlarına stend qoyulub. Hazırda Nahid vəziyyəti nisbətən yaxşıdır.

 

Allah şəfa versin!

# 1666

Oxşar yazılar