Nadir Qafarzadə sentyabrın 13-də Yaşıl Teatrda verəcəyi konsert öncəsi mətbuat konfransı keçirib. Lent. az-ın məlumatına görə, mətbuat işçilərini başına yığan müğənni verəcəyi konsertin məşqini edib. Bir neçə saat canlı ifa edən N.Qafarzadə daha sonra jurnalistlərin suallarını cavablandırıb: “Öncə konsertimi təşkil edən Nahid Emiloğluna minnətdarlığımı bildirirəm. Düşünürəm ki, müğənni yalnız toyda, el şənliklərində öz sənətini göstərməməlidir. Azərbaycan müğənniləri nə qədər çox konsertlərdə çıxış etsələr, onların özlərinə inamı artar. Bu zaman onlar ölkədən kənarda da tanınmağa can atarlar və tanınarlar. Artıq konsertimə sayılı günlər qalıb. Orda fərqli N. Qafarzadə görəcəksiniz. Həm rəqs qruplarının çıxışı, həm də canlı musiqi konsertimə gələnlərin zövqünü oxşayacaq”.

Oxşar yazılar

Faytonçu Nazim suçiçəyi oldu? - AÇIQLAMA
25 aprel 2025 , 15:21
XXI əsrin ən yaxşı “Avroviziya” mahnıları AÇIQLANDI
24 aprel 2025 , 19:09Mahsun Kırmızıgül xəstəxanaya yerləşdirildi
24 aprel 2025 , 13:39
Didem Soydan iş adamı ilə birlikdə qaçıb Londona getdi
24 aprel 2025 , 11:24
Flora Kərimovanın SƏSİ BATDI
24 aprel 2025 , 07:01
Öz və yalançı adları ilə tanınan MƏŞHURLAR – SİYAHI
23 aprel 2025 , 11:03
Madonnanın karyerasında rekord: Klipi 1 milyard izləndi - VİDEO
21 aprel 2025 , 17:31