“Az sayda adam bilir ki, mənim bir neçə gün öncə yeni körpəm dünyaya gəlib”. Bu sözləri Lent.az-a müğənni Nadir Qafarzadə söz və musiqisi Tural Bayrəməliyevə məxsus olan “Xainsən” adlı mahnısını təqdim edərkən deyib: “Bəlkə də bir çoxları mənim bu fikrimə qeyri-adi yanaşacaq. Amma qoy hər kəs bilsin ki, ifa etdiyim mahnılar mənim övladımdır. Çünki mən bir mahnını ifa etmədən öncə ilk əvvəl ona qulaq asmalı, doğma bilməli, daha sonra oxumalıyam. Bütün mahnılarım mənim övladım sayılır. Bir neçə gün öncə isə yeni körpəm dünyaya gəlib. Bu mənim “Xainsən” adlı mahnımdır. Mahnı çox ürəyimə yatıb. Çünki burda həm lirika, həm də əhval-ruhiyyə var. Bildiyiniz kimi, mən daim unudulmaz bəstəkarlarımızın sevilən əsərlərinə müraciət etməklə yanaşı, gənc bəstəkarlarımızdan da oxuyuram. Yaradıcılığımla bağlı yeniliklərim çoxdur. Bu ay bir neçə mahnı təqdim etməklə yanaşı, xalq artisti Zeynəb Xanlarovanın repertuarından olan “Ağlama, Sevda” və bir neçə mahnımı dinləyicilərin ixtiyarına verdim. Yeni mahnımın da seviləcəyinə inanıram”.

Oxşar yazılar

Tanınmış aktrisa səhnədə huşunu itirdi
19 may 2025 , 14:32
Dünyaca məşhur aktrisa hamını ALDADIRMIŞ
19 may 2025 , 13:08
Donald Tramp məşhur müğənniyə lağ etdi: “O, artıq seksual deyil”
18 may 2025 , 13:34
Türkiyədən Bakıya gələn Nesrin Cavadzadədən yataq pozaları
16 may 2025 , 19:53
Dünyaca məşhur müğənni alovların içində rəqs etdi – VİDEO
16 may 2025 , 13:30
Məşhur aktyorun YENİ EŞQİ – Özü dedi
16 may 2025 , 10:14
“Avroviziya-2025”də bütün finalçılar bəlli oldu
16 may 2025 , 01:36