Mübariz Tağıyev: “Bizdə şou-biznes yoxdu”
26 sentyabr 2013 12:37 (UTC +04:00)

Mübariz Tağıyev: “Bizdə şou-biznes yoxdu”

“Şou-biznesdə bir sistem yoxdur. Hər kəs özü üçün işləyir, belə olmaz axı. Hamı eyni istiqamətə gedir, o istiqamət də toydur”.  Bu sözləri Lent. az-a xalq artisti Mübariz Tağıyev deyib. O, şou-biznesin hazırki vəziyyətindən narahat olduğunu bildirib: ”Xarici ölkələrlə müqayisədə bizdə şou-biznes yoxdu. Çünki  şou bazarı hələ qurulmayıb.  Əksəriyyət işlərini toy biznesi üçün qurur. Bizim şou-biznesdə məqsəd nədir? Təbii ki, toy, bu da uçurumdur”

 

 

Müğənni sonra Lent.az-a niyə konsert vermədiyini deyib: “Kimin imkanı var, konsert verir. Amma konsert verməyə dəyərmi? Əgər bir konsert zalının kirayəsinə otuz min pul qoyacam və qoyulan pulu oradan götürməyəcəmsə bunun nə mənası? Ziyana düşmək üçün konsert verəsi deyiləm ki? Nə isə indi vəziyyət çox qəlizdir”.

# 865
avatar

Yalçın UĞUR

Oxşar yazılar