Bu gün “Space” telekanalında aparıcı Xəyalə Quliyevanın təqdimatında yayımlanan “Gülə gülə” verilişində maraqlı anlar yaşanacaq. Lent.az-ın məlumatına görə, hər həftənin 3-cü günü, saat 21:30-da yayımlanan proqramın ulduz rubrikasında qonaq aparıcı Mikayıl Güləddinoğlunun təqdimatında yayımlanan “Sevimli şou” kollektivi olub. Çəkiliş zamanı “Sevimli şou” və “Gülə gülə” kollektivi arasında əlbəyaxa dava düşüb. Bütün yaşananlar gizli kameralarla lentə alınıb.
Xatırladaq ki, verilişin ideya müəllifi və rejissoru Ramiz Alışovdur. Proqramın təkrarı həftənin 1-ci günü saat 18:30-da yayımlanır.
Verilişin informasiya tərəfdaşı Lent.az-dır.