Mətanətdən şpaqat AÇIQLAMASI: "Birini bilirsiz, birini bilmirsiz"
08 dekabr 2014 16:41 (UTC +04:00)

Mətanətdən şpaqat AÇIQLAMASI: "Birini bilirsiz, birini bilmirsiz"

“Onda gimnastikaya da, Bakıda keçirilən gözəllik müsabiqələrində çimərlik geyimində səhnəyə çıxan modellərə də baxmasınlar” 

Mətanət Əliverdiyevanın aparıcısı olduğu “Gündəlik” verilişində “şpaqat” açması bir neçə gündür ki, mətbuatda və sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Lent.az-ın məlumatına görə, məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verən teleaparıcı bildirib ki, etdiyi hərəkətdə heç bir qəbahət yoxdur və insanların fikrinə hörmətlə yanaşır:

 “Şpaqat” açmaq nə vaxtdan ayıb olub? Onda gimnastikaya da, Bakıda keçirilən gözəllik müsabiqələrində çimərlik geyimində səhnəyə çıxan modellərə də baxmasınlar. “Şpaqat” akrobatik idman hərəkətdir. Hamının fikrinə hörmətlə yanaşıram, amma burada qəbahət görmürəm.  Üç gündür ki, məndən yazırlar, hələ çox yazacaqlar. Birini bilirlər, birini bilmirlər.  Verilişdə qonaqlar xaricdən gələn rəqqaslar idi. Onlara dedim mənə bir-iki hərəkət öyrədin. Dedilər ki, sən bacarmazsan, bu sözləri məni qıcıqlandırdı. Dedim ki, mən sizin yanınızdakı xanımdan plastikəm. Azərbaycan xanımları çox plastik olur. Mənim “Şpaqat” açmaq fikrim yox idi, libasım da ona imkan vermirdi. Biz sevirik xaricdən gələn qonaqları əl çalıb tərifləyək. Mənim göstərdiyim akrobatik hərəkətdən sonra onlar təəccüblənib əl çaldılar. Gərək özümüzü cılızlaşdırmayaq, göstərək ki, biz hamıdan üstünük. İnsanlar isə bunu başqa cür yozdular, onlara başqa sözüm yoxdur”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 307

Oxşar yazılar