Türkiyənin tanınmış müğənnisi Mahsun Kırmızıgülün rejissorluq etdiyi “Möcüzə” serialında lüt səhnələr yer alacaq. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Qarsda baş tutan film çəkilişlərində Əziz obrazını canlandıran Mert Turakın ssenariyə uyğun olaraq kəndin içərisində çılpaq halda qaçması səbəbindən kənd boşaldılacaq. M.Kurmızıgül çəkilişlərlə bağlı kəndin icra nümayəndəliyindən icazə alıb. Müğənnin müraciətinə müsbət cavab verildikdən sonra aktyorun lüt qaçacağı kənddə yaşayan 159 qadın və uşaq müvəqqəti olaraq başqa kəndlərə qohumlarının yanına köçürülüb.
Qeyd edək ki, İstanbul Dövlət Teatrının aktyoru olan Mert Turan Mahsun Kırmızıgülün rejissoru olduğu serialın əsas qəhrəmanı hesab edilir.