Kənan M.M-dən «kartof satan rejissorlar» məsələsinə münasibət
14 sentyabr 2013 00:16 (UTC +04:00)

Kənan M.M-dən «kartof satan rejissorlar» məsələsinə münasibət

«Rejissorlarımızın sayı günü-gündən artır. Bu, yaxşılığa doğrudur. Amma təəssüf ki, son vaxtlar efirdə baxmağa bir şey tapmıram. İzləməyə normal klip yoxdur. Bunun günahkarı müğənnilərdir. Çünki rejissorlar maddiyyata uyğun iş ortaya qoyurlar».

 

Lent.az-ın məlumatına görə, «Axşam.az»-ın müxbirilə söhbətində bu sözləri rejissor Kənan M.M deyib. 

O bildirib ki, müğənnilər Türkiyədə rejissorlara verdikləri pulun heç yarısını yerli klipmeykerlərimizə ödəmirlər: «Amma başa düşmürlər ki, Eldar Quliyevi, Niyazini yetişdirən də Azərbaycan torpağı olub». 

Son vaxtlar reper Hüseyn Dəryanın gündəmdən düşməyən «bəzi rejissorlar kartof satan olub» sözünə isə Kənan belə cavab verib: «Hüseyn Dəryaya kartof satan rejissorların özü cavab versin. Mən güzgüyə baxanda bilirəm ki, kiməm. Ona görə də bu söz-söhbətə qatılmıram».

# 849
avatar

Oxşar yazılar