Türkiyənin tanınmış müğənnisi Hadisənin sosial şəbəkədə yazdığı şərh müzakirələrə səbəb olub. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, Hadisə “İnstagram” səhifəsində “Atamızın şahzadəsi olaraq böyümüşük. Hansısa yoldan keçən oğlan gəlib bizi ağlada bilməz”. İfaçının bu sözləri müzakirələrə səbəb olub. Bir çoxları Hadisəni tənqid ediblər.
Qeyd edək ki, bir müddət əvvəl Hadisə "Prenses" (Şahzadə) adlı mahnısına klip çəkdirib.