Fatimə: ”Nadir “Maral”la partlayış etdi
14 sentyabr 2013 12:09 (UTC +04:00)

Fatimə: ”Nadir “Maral”la partlayış etdi

Fatimə Fataliyeva Nadir Qafarzadənin “Yaşıl Teatr” dakı konsertində təqdim etdiyi “Maral” rəqsindən söz açıb. Rəqqasə Lent. az-a bildirib ki,  rəqsin hazırlanmasında İlham Kərimlinin böyük zəhməti olub: “İndi hansı el şənliyinə gedirsən müğənnilər “Maral”, “Maral” oxuyur. Amma bu mahnını Nadir kimi oxuyan yoxdur.  Çünki ona qalmaqalları ilə gündəmdə qalan müğənni deyirlər. Amma onu tənqid eləyənlər yanılırlar. Nadir “Maral”la  partayış etdi. Çünki bu günə qədər Youtube-da heç bir Azərbaycanlı ifaçının mahnısı qısa bir müddətə 4 mindən artıq baxış sayını yığa bilməyib. Bu da Nadirin uğurudur. Buna sevinmək lazımdır. Amma bir çoxları “Maral” mahnısını tənqid etməklə məşğul oldular. Hər zaman şou-biznesdə qabağa gedənlərin ayağından çəkib, baltalamağa çalışıblar. Bu hal hər zaman mənə pis təsir edib. Bir-birimizə dəstək olmalıyıq. Ötən gün də konsertini sona qədər izlədim və ona sənət uğurları arzulayıram. O, mənim dostumdur, ən əsası da yaxşı insandır”.

 

 

 

 

 

 

# 1785
avatar

Yalçın UĞUR

Oxşar yazılar