Erməni silahlı bölmələri atəşkəsi pozub
13 mart 2013 10:30 (UTC +04:00)

Erməni silahlı bölmələri atəşkəsi pozub

Erməni silahlı bölmələri atəşkəs rejimini pozub.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun işğal olunmuş Mərzili və Cəvahirli, Goranboy rayonunun Tapqaraqoyunlu, Cəbrayıl rayonunun Mehdili, Tərtər rayonunun Qızıl Oba, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

 

Düşmən cavab atəşi ilə susdurulub.

 

# 585
avatar

Yalçın UĞUR

Oxşar yazılar