Elza Seyidcahan: “Mənim elə böyük sənətim var ki...”
21 yanvar 2014 13:23 (UTC +04:00)

Elza Seyidcahan: “Mənim elə böyük sənətim var ki...”

“Mənim elə bir böyük sənətim var ki, uğurlarımdan danışsam buna heç günlər, aylar, illər yetməz”. Bunu əməkdar artist Elza Seyidcahan Lent.az-a yaradıcılıq işlərindən söz açarkən deyib: “Mənim elə də balaca sənətim yoxdur. Bu günə qədər bir çox mükafatlara layiq görülmüşəm. Bəstələrimi Azərbaycanın bir çox tanınmış müğənniləri ifa edib. Mən sənətimi müzakirəyə qoysam, onları gecə-gündüz “analiz” edib, qurtarmaq olmaz. Yadda qalmaq üçün imic yaradanlardan deyiləm. İndi şou-biznesdə bir çoxu özünü mənə bənzədir. Amma bu oxşatma onlarda alınmır. Qeyri-adi geyimi müəyyən vaxtdan sonra yerə qoyurlar. Çünki bu, onların işi deyil. Azərbaycan şou-biznesində bir Elza Seyidcahan var. O da özüməm”.

# 941
avatar

Yalçın UĞUR

Oxşar yazılar