Elnur Hüseynov TV 8-lə fantastik müqavilə imzaladı
11 dekabr 2014 00:32 (UTC +04:00)

Elnur Hüseynov TV 8-lə fantastik müqavilə imzaladı

“O səs Türkiyə” musiqi müsabiqəsində parlayan və türk mediasının diqqətini çəkən azərbaycanlı yarışmaçı Elnur Hüseynov  Türkiyənin TV 8 kanalı ilə 1,5 milyon avroluq müqavilə imzalayıb.

 

Lent.az-ın "Bakupost.az"-a istinadən məlumatına görə, Elnur sözügedən kanalda böyük bir layihədə iştirak edəcək. Bu barədə danışan Elnur bildirib ki,  o, Adriana Lima ilə birlikdə moda verilişi aparacaq: “ TV-8 kanalında çox böyük bir layihə başlayır. Bu verilişə Türkiyənin və dünyanın müxtəlif ölkələrindən məşhur oğlan və qız modellər qatılacaq.  Qalib 20 milyon dollar qazanacaq.

 

Qalibləri münsiflər seçəcək. Mən aparıcılıqla yanaşı, həm də münsiflər heyətinə daxiləm. Digər üzvlər Adriana Lima, Megan Fox, İvana  Sertdir. Bu layihə ilə bağlı Acun bəylə bir illik müqavilə imzalamışam.”

 

Elnur onu da vurgulayib ki, verliş Türkiyənin hündür binalarında çəkiləcək . Çünki, məşhur  modellər verlişə helikopterlə gələcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 377

Oxşar yazılar