Elarizə mükafat verildi
16 sentyabr 2013 17:19 (UTC +04:00)

Elarizə mükafat verildi

Bu gün Elariz Məmmədoğlu Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçirib. Lent.az-ın məlumatına görə, o, Azərbaycan Dövlət Kütləvi İnformasiya Vasitələri İşçilərinin Həmkarlar İttifaqı Rəyasət Heyətinin Qərarı ilə “Azərbaycan Bayrağı” mükafatı ilə təltif edilib.

Mətbuat konfransından sonra öz təəssüratlarını Lent. az-la bölüşən müğənni bildirib ki, bu mükafat onun üçün gözlənilməz olub: “Bu günə qədər çox mükafatlar almışam. Amma bundan öncə aldığım mükafatlara bir o qədərdə sevinmirdim. Mənə diqqət göstərib, bu mükafatı verənlərə öz dərin minnətdarlığımı bildirirəm. Hər şeyə görə çox sağ olun. Bundan sonra daha da yaxşı işləməyə başlayacam. Çünki bu mükafat məni daha da ruhlandırıb”.

# 771
avatar

Yalçın UĞUR

Oxşar yazılar