Elariz Məmmədoğlu Samiraldonun cavabını verdi
05 mart 2013 13:28 (UTC +04:00)

Elariz Məmmədoğlu Samiraldonun cavabını verdi

Elariz Məmmədoğlu stilist Samir Əliyevin (Samiraldo) onun barəsində dediklərinə münasibət bildirib . Lent. az-a açıqlama verən müğənni deyib ki,  Samiraldonun fikirləri onunçün əhəmiyyətsizdir: “ O, kimdir ki, haqqımda nəsə desin? Onun fikirləri məni maraqlandırmır.  Yenə də  sözümün üstündə dururam. Kişi dodağını  şişirtməz. O, məni qınayır  ki, başıma boya qoymuşam, göz ətrafı qırışlarımı əməliyyat yolu ilə yox etdirmişəm. Amma bu, belə deyil, sadəcə  şərdir. O, diqqətlə baxsa görər ki,  üzümdə  əməliyyat keçirtməmişəm. Ona barəmdə danışmağı qadağan edirəm”.

 

Qeyd edək ki, stilist Samiraldo Elariz Məmmədoğlunun “ Kişi dodağını şişirtməz” fikrinə cavab olaraq bu sözləri deyib: “Onunla  razı deyiləm.   Şou-biznesin öz qanunları var. Əgər o, bu qanunlara riayət edə bilmirsə, getsin başqa işlə məşğul olsun.   Bu, o  Elarizdir ki, tük əkdirib, saçına boya qoyub. O, hətta göz ətrafı qırışlarını da aradan qaldırıb. İnanmayanlar gedib,  onun keçmiş videolarına baxa bilərlər. İnsan əvvəlcə özündən danışmalıdır. Onun nə sənəti, nə də səhnə görünüşü var.”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3429

Oxşar yazılar