Ebru Gündeş Rza Zərrabdan boşanır
20 yanvar 2014 13:16 (UTC +04:00)

Ebru Gündeş Rza Zərrabdan boşanır

Tanınmış sənətçi Ebru Gündeş həyat yoldaşı, hazırda həbsdə olan iş adamı Rza Zərraba baş çəkmir. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bir neçə gün öncə Türkiyə mətbuatı R. Zərrabın telefon danışıqlarını yaymışdı. Həmin telefon danışığında Zərrab “Ərəb əsilli qadını yanıma gətirin və o ancaq mənə xidmət etsin” deyə bildirib. Bu isə Ebrunun iş adamını ziyarət etməməyi ilə nəticələnib.

 

Onu da qeyd edək ki, bundan öncəyə qədər sənətçi hər gün həyat yoldaşını görmək üçün həbsxanaya gedib.

 

Türkiyə mətbuatı iddia edir ki, E. Gündeş artıq boşanma qərarına gəlib. Çünki  Zərrab ərəb əsilli qızla ona xəyanət edib.

# 7242
avatar

Oxşar yazılar