Paytaxt məkanlarının birində “Sevinclə ulduzlu gecə” adlı konsert proqramı keçirilib.
Lent.az-ın məlumatına görə, gecədə bəstəkar Sevinc Tofiqqızının mahnıları səsləndirilib. Aparıcılığını Aynur Hacıyevanın etdiyi konsertdə xalq artisti Flora Kərimova, əməkdar artist Manana, müğənnilər Rəşad İlyasov, Vüqar Muradov, Şəbnəm, Leyla Babayeva, Əkbər Əliyev və türkiyəli opera ifaçısı Oya Ergün çıxış edib. Təəssüratlarını bölüşən S.Tofiqqızı tədbirdə ad gününü də qeyd etdiyini bildirib: “Çox möhtəşəm konsert oldu. Müğənnilərimiz ifası ilə qonaqları heyran etdi. Duyğulu anlar yaşadım. Həmin gün eyni zamanda ad günümü qeyd etdim. Məni tək qoymayan bütün dostlarıma təşəkkürümü bildirirəm”.