Ötən gün müğənni Sevinc Ağaşirinova şou aləmində olan dostlarını bir araya gətirərək, doğum gününü qeyd edib. Lent.az-ın məlumatına görə, dostları sənətçinin özəl günündə ona klip hədiyyə ediblər. Söz və musiqisi "Dostlar" qrupunun üzvü Əhməd Mustafayeva məxsus "Sevəcəm" adlı mahnı maraqla qarşılanıb. Daha sonra məclisə gələn qonaqlar səbəbkara xoş sözlər ünvanlayıblar.
S.Ağaşirinova isə dostlarına təşəkkürünü bildirərək, göz yaşını saxlaya bilməyib: “Hər birinizə saq ol deyirəm. Burada mənim dostum aparıcı Afaq Gəncəli də var. O, mənə hər zaman dəstək olub. İstər aparıcı olduğum müddətdə, istərsə də müğənnilikdə”.
Qeyd edək ki, Sevincin ad günündə əməkdar artist Səlim Abbasov, müğənnilərdən Xatun Əliyeva, Roza Zərgərli, Sevda Yəhyayeva, “Dostlar” qrupu, rəqqasə Fatimə Fətəliyeva, prodüser Təranə Səmədova olub. Bu məclis bitdikdən sonra isə Sevinc digər məkanda prodüser Toliki (Tarix Əliyev) , Sevinc və Sevil bacılarını və digər dostlarını bir araya yığaraq xoş gününü qeyd edib.