Azərbaycanlı modelin növbəti uğuru
13 sentyabr 2013 12:49 (UTC +04:00)

Azərbaycanlı modelin növbəti uğuru

“Azərbaycanda model biznesi yenidir, o qədər də inkişaf etməyib. Amma gələcəyi var”.  Bunu bu gün Lent. az-ın qonağı, Belarusiyada keçirilən “Miss Supranational” beynəlxalq gözəllik yarışmasının qaliblərindən olan azərbaycanlı model Samirə Akmanova deyib. O, bildirib ki, model sahəsində iddialıdır və nəticələri buna sübutdur: “ 14 yaşım olanda düşündüm ki, model olmalıyam. Çünki bu, istəyim idi və iştirak etdiyim müsabiqələrdə qazandığım nəticələr özümə inamımı artırdı. Bu yaxınlarda Belarusiyada keçirilən yarışmada 83 ölkə iştirakçı arasında  25-ci yeri tutdum, bu, mənim üçün yüksək nəticə idi. İnternet səs verməsində 1-ci yerə çıxdım. Bu müsabiqə yüksək səviyyədə təşkil olunmuşdu”.

 

Samirə  sonra yerli modellərdən də söz açıb: “Sözün düzü, azərbaycanlı modellərin çoxunu tanımıram. Amma ən çox bəyəndiklərim Lyubov Qutorova və Validə Abbasovadır.

 

Qeyd edək ki, Lyubov Qutorovanın “Fashion Model School”  şirkətinin modeli olan Samirə hal-hazırda Kazan Dövlət İqtisadiyyat Universitetinin tələbəsidir.

# 1880
avatar

Yalçın UĞUR

Oxşar yazılar