Azərbaycanının tanınmış rəqqasəsi, «İndia's Best Cine Stars Ki Khoj» müsabiqəsinin qalibi Oksana Rəsulovadan xəbər var. Lent.az-ın məlumatına görə, Oksana Türkiyədə olan pərəstişkarı ilə görüşüb. Görüşdən qayıdan rəqqasə təəssüratlarını dilə gətirib: “Türkiyəyə getmişdim. Səfərim həm yaradıcı, həm də istirahət xarakteri daşıyırdı. Bu yaxınlarda “İnsatgram” səhifəmdə bir şəkil paylaşmışdım. İpək adlı fanatım mənə yazaraq bildirdi ki, pərəstişkarlarımı bir araya yığıb, görüş təyin etmək niyyətindədir. Görüş təyin olunacaq məkan isə hind restoranı olacaq. Mən də bu təkliflə razılaşdım. Beləcə də gün təyin edib, görüşdük. İnanmırdım ki, Türkiyədə məni belə qarşılayacaqlar.