Azərbaycanda ilk dəfə "Santa Klausun evi" şousu
08 dekabr 2014 13:08 (UTC +04:00)

Azərbaycanda ilk dəfə "Santa Klausun evi" şousu

Yeni il ərəfəsində Azərbaycanda ilk dəfə "Santa Klausun evi" adlı şou keçiriləcək. Lent.az-ın məlumatına görə, bu münasibətlə Novxanı ərazisində “AF otel”də Santa Klausun evi tikilib. Məhz həmin evin ətrafında dekabrın 20-dən yanvarın 5-dək şənik təşkil olunacaq. Həmin gecədə Azərbaycanda müxtəlif sahələrdə tanınan ziyalılar, o cümlədən şou-biznesin bir çox tanınmış simaları iştirak edəcək. Gecədə Santa klausun qəbul otağında uşaqlarla görüşü, diskoteka , müsabiqələr , sürprizlər və yeni il hədiyyələri verilməsi nəzərdə tutulub.

 

Onu da əlavə edək ki, məşhurların iştirakı ilə baş tutacaq "Santa Klausun evi" şousu dekabrın 20-dən yanvarın 5-nə qədər saat 10:00-dan 20:00-a qədər davam edəcək.


"Santa Klausun evi" şousuna qatılmaq istəyənlər biletləri şəhərin kassalarından və "AF otel"dən əldə edə bilər. Biletin qiyməti  15 manatdır ( 1 yaşa qədər uşaqlar üçün pulsuz).
 

Əlaqə nömrələri : (012) 441 24 01
(050) 868 22 65

 


Qeyd edək ki, gecənin informasiya dəstəkçisi Lent.az-dır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 365

Oxşar yazılar