Aygün Kazımova bu avtomobili ilə...
16 sentyabr 2013 17:38 (UTC +04:00)

Aygün Kazımova bu avtomobili ilə...

Paytaxtımızın qonağı olan türk müğənnisi Sinan Akçıl və xalq artisti Aygün Kazımova ATV-də yayımlanan “Gün Keçir” verilişində olublar. Lent.az-ın məlumatına görə, xalq artisti çıxışında bildirib ki, o, Sinan Akçılla əməkdaşlıqdan məmnundur: “Sinanı çox bəyənirəm. Onu təkcə Türkiyədə yox, Bakıda da çox sevirlər. Sinanla bu yaxınlarda yeni bir layihəyə imza atacağıq. Bu Nahid Emiloğlunun təşkilatçılığı ilə olacaq. Belə ki, Sinanla mən oktyabrın 16-da konsert verəcəyik. Bundan əlavə bir çox yeni layihələrimiz də var”.

 

Sonra Sinan Akçıl öz fikirlərini bölüşüb: “ Azərbaycanı çox sevirəm. Artıq bu Bakıya ikinci səfərimdir. İlk səfərimdə Vadim və Valeri qardaşları tərəfindən təsis edilən “Qrand 2012” mükafatlandırma mərasimində mükafat aldım. Buna görə də onlara təşəkkürümü bildirirəm”.

 

Qeyd edək ki, xalq artisti Aygün Kazımova verilişə yenicə aldığı 99 DT 999 dövlət seriyalı “Chevrolet” markalı avtomobillə gəlib.

# 2313
avatar

Yalçın UĞUR

Oxşar yazılar