“Yeganə övladım xəstədir. Bilmirəm necə olacaq”. Bunu Lent.az-a açıqlamasında əməkdar artist Aygün Bəylər deyib. O, övladının xəstəliyindən narahat olduğunu dilə gətirib. “ Qızım Can xəstələnib. Bir neçə gündür ki, evə gətirmişəm. Ancaq həkim nəzarətindədir. Onu ilk olaraq həkimə göstərəndə müalicə yazdı. İşlərimlə əlaqədar uşağı dayəyə tapşırıram. Görünür, o da yaxşı baxmayıb. Artıq ona özüm nəzarət edəcəyəm. Allahın köməyi ilə yaxşı olacağına ümid edirəm”.