Müğənni Ayan Babakişiyeva ifa etdiyi “Səndən sonra” adlı mahnıya klip çəkdirib. Lent.az-ın məlumatına görə, söz və musiqisi Tural Bayraməliyevə məxsus bəstənin rejissorluq işini Ceyhun İbrahimoğlu və Vüsal Həsəni görüb. Klip Bakının mərkəzində və dəniz kənarında çəkilib.
Qeyd edək ki, klipdə Ayanın imicini Səbinə İmanova, libaslarını isə modelyer Şəlalə Qurbanova hazırlayıb. “Səndən sonra”nın ekran versiyası yaxın günlərdə təqdim ediləcək.