Almaz Ələsgərli tələbəsindən danışdı
18 sentyabr 2013 16:47 (UTC +04:00)

Almaz Ələsgərli tələbəsindən danışdı

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində əməkdar artist Almaz Ələsgərli tələbəsi Ramal Əsədzadənin “Sevə-sevə ayrıldıq” adlı klipinin təqdimatını keçirib. Lent. az-ın məlumatına görə, media işçilərini bir araya yığan A. Ələsgərli və R. Əsədzadədə klipin ərsəyə gəlməsindən söz açıblar. Öncə klipdən A. Ələsgərli danışıb: “ Konfransa gələnlərə minnətdarlığımı bildirirəm. Mən Ramalın müəlliməsiyəm. O, mənim tələbəm olduğuna görə ona daim dəstək olacağam. Onun səsinə şübhəm yoxdur. Bundan daha artıq diapazon imkanları olan mahnılar oxuyacaq. Çünki, onun istedadına bələdəm.

 

Sonra Ramal öz klipindən danışıb: “Bu, mənim ilk klipimdir. Ekran işinin rejissoru Emin Mahmudovdur. Elə bu, rejissorun da ilk işidir. Ustadım Almaz Ələsgərliyə və prodüserim Aynur Zakirqızına minnətdaram. Yaradıcılıq işlərim bununla bitmir, ardı olacaq”.

# 1103
avatar

Yalçın UĞUR

Oxşar yazılar