“The First 2013”-ə hansı tanınmışlar qatılacaq?
17 dekabr 2013 10:44 (UTC +04:00)

“The First 2013”-ə hansı tanınmışlar qatılacaq?

Dekabrın 23-də Azərbaycanda “The First 2013” mükafatlandırma mərasimi olacaq. Lent.az verdiyi məlumata görə,  mükafatlandırmaya Türkiyədən tanınmış sənətçilər, aktyorlar qatılacaq. Saat 18:00-da başlayacaq mərasimdə bir çox sürpriz məqamlar yaşanacaq. Tədbirdə Türkiyənin məşhur “Kaybolan yıllar” serialında baş rolu oynayan  Saruhan Hunel iştirak edəcək. Mükafatlandırma mərasiminin sürpriz qonaqları sırasında "O Səs Türkiyə"nin finalçılarından olan və “Üsyan” mahnısı ilə sevilən Ayda Mooşarraf və müğənni Aslı Hünel özəl olaraq sevilən mahnılarını səsləndirəcək. Bununla yanaşı, əməkdar artist Tünzalə Ağayeva, müğənni Murad Sadıx və bir çox tanınmış simalar öz musiqi töhfələri ilə xoş dəqiqələr yaşadacaqlar.

 

 

Qeyd edək ki, ötən illərdə  “The First” mükafatının təqdimetmə mərasiminə Türkiyədən şoumen Bəyazıt Öztürk, aktyor Erkan Petekkaya, müğənni Serenay Sarıkaya, Soner Sarıkabadayı, Selami Şahin və digər məşhur ulduzlar gəlmişdi.

# 666
avatar

Yalçın UĞUR

Oxşar yazılar