“Space”dən ayrılan aparıcı: “O. mədəniyyət aləmindən bixəbərdir”
08 iyul 2013 01:05 (UTC +04:00)

“Space”dən ayrılan aparıcı: “O. mədəniyyət aləmindən bixəbərdir”

“Space” TV-nin aparıcısı, əməkdar artist Əkbər Əlizadə telekanaldan işdən çıxmasından danışıb. O, aznews.az-a açıqlamasında deyib: “Səhər" departamentinin və "Həyat davam edir" verilişininin aparıcısı Kamalə Xəlilova mədəniyyət və incəsənət aləmindən bixəbər, qeyri-peşəkar olduğu üçün mənim fəaliyyətimə əngəl törədirdi. 5 iyul verilişinin canlı yayımında onunla kəskin mübahisədən sonra efirin sonunda heç kəsə heç nə demədən tamaşaçılarla sağollaşıb, efirdən uzaqlaşmağa qərar verdim. Bu mənim addımım idi”.

 

Aparıcı deyib ki, “Space”in rəhbərindən bir incikliyi yoxdu: “"Hicran" tamaşasında belə bir epizod var: "Şahlıq quşu özü sənin (Kamalə xanım nəzərdə tutulur) başına qonmuşdu. Mənim kimi zərin qədrini bilmədi".

# 4249
avatar

Oxşar yazılar