“10-lar” verilişinin 10 yaşı oldu
11 oktyabr 2013 12:12 (UTC +04:00)

“10-lar” verilişinin 10 yaşı oldu

Ötən gün ATV- də əlamətdar bir gün olub. Lent.az-ın məlumatına görə, paytaxt restoranlarının birində telekanalın “10-lar” verilişinin 10 yaşı keçirilib.

Aparıcı İlkin Həsəni və Nanə Ağamaliyevanın aparıcılıq etdiyi gecədə bir çox tanınmış sənətçilər iştirak ediblər . Onların arasında Zülfiyyə Xanbabayeva, Faiq Ağayev, Manana Çaparidze, Ədalət Şükürov, Elnur Məmmədov, Nadir Qafarzadə, Abbas Bağırov, Elnarə Xəlilova, Samir Cavadzadə, Natəvan Həbibi, Aysel Əlizadə, Elvin Abdullayev, Ayan Babakişiyeva, Elçin Cəfərov, Yaşar Yusub, meyxanaçılar Namiq Qaraçuxurlu, Etibar- Etiram Rüstəmov qardaşları və başqaları olub.

 


Qeyd edək ki,  “10-lar” verilişinin yaradıcı heyəti rejissor və aparıcı Afaq Gəncəli, montajçı Ruslan Ağayev, müxbirlər Ruslan Ağayev, Aysel Tahirqızı, Çinarə Eminova, prodüser Tural Nəbiyevdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3247

Oxşar yazılar