Nadir konsertindən sonra ölkəni tərk etdi
14 sentyabr 2013 15:20 (UTC +04:00)

Nadir konsertindən sonra ölkəni tərk etdi

Müğənni Nadir Qafarzadə dünənki konsertindən danışıb. O, Lent. az-a bildirib ki, ötən gün konsertindən üç saat sonra Sibirə yola düşüb: “Hazırda Sibirdəyəm. Səfərim yaradıcılıq işimlə əlaqədardır. Ayın 16-da qayıdacam. Konsertimin təəssüratları çox gözəl idi. Buna görə  təşkilatçı Nahid Emiloğluna “çox sağ ol” deyirəm. Mən səhnə və canlı musiqi ifa edəndə çox şad oluram. Konsertlər nə qədər çox olsa ifaçının  məsuliyyəti və özünə inamı artar. Konsertimə həyat yoldaşım, oğlanlarım, qaynatam da təşrif buyurmuşdular. Həmkarlarımın heç birinə  dəvətnamə göndərmədim. Düşündüm ki, hər kəs bir çörək pulu qazanmaq üçün çalışır, konsertdənsə el şənliklərinə gedib pul qazanarlar. Lakin buna baxmayaraq, xalq artisti Arif Qazıyev və ifaçı Zeynəb Dostəliyeva gəlmişdilər. Mənimlə eyni səhnəni rəqqasə Fatimə və Ayan da paylaşdı. Onlara və konsertin aparıcısı Zaur Nəbioğluna, prodüserlər Ruslan Əliyev, Rövşən Cəfərova da öz təşəkkürümü bildirirəm. Demək istəyirəm ki, bu cür konsertlərim davamlı olacaq”.

 

 

 

# 1131
avatar

Yalçın UĞUR

Oxşar yazılar