Koronavirusa yoluxan Xatirə İslam və həyat yoldaşının vəziyyətinin ağır olduğu deyilirdi.
Lent.az xəbər verir ki, müğənni xəstəxanadan video paylaşaraq ağır mərhələni geridə qoyduqlarını bildirib.
"Bizə görə narahat olan, zəng edən dostlarım, yaxınlarım, yaxşı ki, varsınız. Belə bir gündə məni bir saniyə belə tək qoymadınız".
Xatirə İslam paylaşımında həkim kollektivinə təşəkkür edib.
Qeyd edək ki, koronavirusa yoluxan Xatirə İslam və həyat yoldaşı aprelin 15-də təcili şəkildə xəstəxanaya yerləşdirilmişdi.