Xalq artisti səhnədə yıxıldı -  VİDEO
27 iyun 2022 18:20 (UTC +04:00)

Xalq artisti səhnədə yıxıldı - VİDEO

54 yaşlı rus estrada müğənnisi, Rusiyanın xalq artisti, sadəcə olaraq Valeriya kimi tanınan Valeriya Perfilova səhnədə mahnı ifa edərkən yıxılıb.

Lent.az Rusiya mediasına istinadla xəbər verir ki, bu, Patriarx Kirilin Novorossiysk kilsəsində ilahi xidmət zamanı sürüşərək yıxıldığı gün baş verib.

Müğənni bu təsadüfü daha sonra sosial şəbəkə hesabında qeyd edib.

Videoda Valeriyanın “Salam” deyərək səhnədəki pilləkənlərlə necə aşağı düşdüyü, sonra büdrəyərək düz üzü üstə yıxıldığı göstərilir. Ekrandan kənarda bek-vokalından olan qızlardan biri qışqırır. Müğənni etiraf edib: “Bu mənim başıma ilk dəfədir gəlir, heç vaxt səhnədə yıxılmamışam”.

Valeriya izah edib ki, bu, yeni televiziya proqramının çəkilişləridir və səhnənin döşəməsi qaranlıq və parlaq olduğundan, pilləkənlərdən birinin kənarını görə bilməyib.

Xalq artisti səhnədə yıxıldı

# 4500
avatar

Oxşar yazılar