“Vur kibriti, yandır məni”  - Damla yenə lağ obyekti olmağı bacardı - REPLİKA
24 fevral 2023 13:13 (UTC +04:00)

“Vur kibriti, yandır məni” - Damla yenə lağ obyekti olmağı bacardı - REPLİKA

Müğənni Damla üç ildir dayanmır. Gah 6/8-lik ritmdən yeni nəsil “beat” üzərində oxuyur, gah pulsuz konsert verib insan kütləsi ilə özünü PR edir, gah da özünün xəbəri olmadığı stillərdə kamera qarşısına keçib pozalar verir. Düzdür, bu sahədə monotonluq insanları cəlb etmir deyirlər. Daim fərqli, cəlbedici obrazlar yaratmalısan ki, musiqi bazarında nəsə əldə edəsən. Ancaq daim Damlaya uğursuz imiclərinə görə tənqid gəlirsə, dayanmaq zamanı deyilmi? 

Lent.az xəbər verir ki, daha bir uğursuz fotosessiya ilə “Instagram”da tənqid atəşinə tutulan Damlanın “look”larını gəlin, analiz edək.

Altı gün əvvəl paylaşılan bu fotoda müğənni qara bir türbana oxşayan aksesuar taxıb. Dəridən, kəmərə oxşayan bu aksesuarı sinəsi açıq əlbisə ilə geyinməsi bir qırağa, paylaşımın şərh bölməsini bağlamağın köhnə taktika olduğunu bilirik. Bax, ay Damla xanım, tənqid görmək istəmirsinizsə, bu paylaşımda şərh bölməsini bağlayıb, digərində açıq qoymaq nəyə lazımdır?

Digər bir fotoda Damlanın dünyaca məşhur modellərin görünüşünü təqlid etdiyi aydın görünür. Maraqlıdır, qeyd hissəsində yazılmış “Vur kibriti, yandır məni” sözlərlə gözətrafı hissəyə yanmış kibritlərin düzülməsi nə ilə əlaqəlidir? El arasında işlədilən ifadənin yeridir: Şair burada nə demək istəyib?

Hələ digər bir biabırçı hesab olunacaq imici ifaçının tibbi sarğıdan hicab geyinməsidir. Bu da təbii ki, sual altında olan “look”dur. Çünki açıq geyimlə kombin olunan hicab dindarların qəzəbinə tuş gələ bilər desək, yanılmarıq. Bəlkə sarğı ilə ağzının bağlanması, saçının örtülməsini İrandakı etirazçı qadınlara göndərilən bir dəstək mesajıdır? Ancaq nə yazıq ki, bu paylaşımın da şərh bölməsi bağlıdır. 

Ümumiyyətlə, məşhurlarımız dünya ulduzlarının “make-up”larını, kliplərdə və ekran işlərində istifadə olunan görünüşləri kopyalamağa meyllidirlər. Bəllidir ki, müğənni Lady Gaga, Madonna, Cennifer Lopez və başqaları olsun, bənzərlik yaratmağa çalışırlar. Dünya ilə ayaqlaşmağa çalışırsınızsa, bunu lağa və məsxərəyə qoyulacaq dərəcədə etmək yalnız sizə qara PR gətirir. Damlanın da öz sənəti ilə deyil, görünüşü və uğursuz seçimləri ilə danışılmaq istəyi göz önündədir. Necə deyərlər, xalqın gözü tərəzidir. Uğurlu işləri də bəyənsinlər, bu kimi karikaturaçıları da? Seçim yenə də sizindir. 
 

# 27261
avatar

Nigar Namiq

Oxşar yazılar

Çimərlik geyimində foto paylaşmayacam - Ərim narahatdır

Çimərlik geyimində foto paylaşmayacam - Ərim narahatdır

2 iyun 2023 , 22:15
“O ağır intiqam aldı,  üzümüzə tüpürdü”   - Uğur Aslan

“O ağır intiqam aldı, üzümüzə tüpürdü” - Uğur Aslan

2 iyun 2023 , 20:00
Onu  uşaq bilib   zorla...

Onu uşaq bilib zorla...

2 iyun 2023 , 18:52
Hollivud ulduzuna saxtakar və ikiüzlü dedilər –  Görün nəyə görə

Hollivud ulduzuna saxtakar və ikiüzlü dedilər – Görün nəyə görə

2 iyun 2023 , 18:10
Beyonsu  qum saatına   bənzətdilər 

Beyonsu qum saatına bənzətdilər 

2 iyun 2023 , 17:27
İki ulduz birlikdə  yaxalandı

İki ulduz birlikdə yaxalandı

2 iyun 2023 , 16:32
Məşhur müğənni restorandan qorxub qaçdı

Məşhur müğənni restorandan qorxub qaçdı

2 iyun 2023 , 15:46
Tanınmış aktrisa  yeni imici ilə   çox bəyənildi

Tanınmış aktrisa yeni imici ilə çox bəyənildi

2 iyun 2023 , 14:52