Tanınmış model aktrisa anası ilə festivalda... -  FOTO
05 sentyabr 2022 15:03 (UTC +04:00)

Tanınmış model aktrisa anası ilə festivalda... - FOTO

Amerikalı model, aktrisa Kaia Gerber 56 yaşlı məşhur supermodel anası Cindy Kravford ilə fotolarını paylaşıb. 

Lent.az xəbər verir ki, Kaia sosial şəbəkə hesabında Amerikanın Nevada ştatında Black Rock çölündə keçirilən “Burning Man” festivalında çəkdirdiyi fotoya “çox gözəl bir yerdə” sözlərini yazaraq paylaşım edib. 

Modelin növbəti paylaşımında isə anası ilə çəkilmiş uşaqlıq şəkli də yer alıb. Anası 21 yaşlı qızının uğurları ilə qürur duyduğunu etiraf edib.

Qeyd edək ki, Kaia Gerber “American Horror Stories”, “Mrs. American Pie” kimi filmlərdə, Cindy Crawford isə “Wizards of Waverly Place”, “Friends: The Reunion”, “Bojack Horseman” kimi seriallarda rol alıblar. 

Cindy Crawford 1990-cı illərdə

# 3474
avatar

Nigar Namiq

Oxşar yazılar