Tanınmış aktyor “Qalatasaray” azarkeşlərindən üzr istədi
02 may 2023 11:27 (UTC +04:00)

Tanınmış aktyor “Qalatasaray” azarkeşlərindən üzr istədi

Bir neçə gün öncə Qalatasaray - Beşiktaş matçı zamanı oyunu söyüş söyərək izləyən məşhur aktyor Ertan Sabaha sərt reaksiyalar göstərilib.

Lent.az-ın məlumatına görə, aktyoru həm öz sənət dostları, həm idmansevərlər, həm də həmkarları tənqid ediblər.

Bu tənqidlər qarşısında düz etmədiyini anlayan Ertan Sabah Qalatasaray azarkeşlərindən üzr istəyib.

“Mən oyun bitdikdən sonra sevinən, fanatik bir futbol azarkeşi kimi özümü apardım. Bütün səmimiyyətimlə üzr istəyirəm. Qalatasaray camiəsini incitdiyim üçün üzgünəm, üzr istəyirəm”, - deyə o bildirib.

Qeyd edək ki, Ertan Sabah "Beşiktaş" komandasının azarkeşidir. O komandası məğlub olduğuna görə, "Qalatasaray" komandasını təhqir etmişdi.

# 2190
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar