"Sonra da ağlayıb hönkürərsiniz..."   - Brilliant ölümündən yazdı...  - FOTO
19 avqust 2022 12:52 (UTC +04:00)

"Sonra da ağlayıb hönkürərsiniz..." - Brilliant ölümündən yazdı... - FOTO

Xalq artisti Brilliant Dadaşova növbəti dəfə paylaşımı ilə diqqət çəkib.

Lent.az xəbər verir ki, o, "Instagram" hesabında yenə fikirlərini şeir formasında izləyiciləri ilə bölüşüb.

O, ölümdən söhbət açıb:

"Həyətdə uzanmaq üçün bir örtük istədim. Gətirin, küləkdən qorunum dedim. Kiçik bir yaylıq gətirdilər - yarı-yarımçıq üstümü örtdülər. Heyifdir, böyük örtükləri qoruyun dedim. Öləndə üzərimə salarsınız. Sonra da ağlayıb hönkürərsiniz". 

Xalq artistinin bu paylaşımına xeyli bəyənmə və reaksiya gəlib. İzləycilər "Belə sözlər yazmayın", "Ölümdən niyə danışırsınız?", "Firəngiz Rəhimbəyovaya rəhmət yazırsınız?" kimi bir çox şərhlər yazıblar.

B.Dadaşovanın bu sözlərini hətta kiməsə yazdığı da düşünülüb. 

Qeyd edək ki, o, ötən dəfə qız övladlarına verdiyi dəyərdən yazmışdı. 

# 4938
avatar

Nigar Namiq

Oxşar yazılar