Xəbər verdiyimiz kimi, müğənni Sevda Sanəliyeva videoaçıqlama yayaraq bir şəxsin onu izlədiyini və hədələdiyini deyib.
Lent.az xəbər verir ki, ifaçının müraciətindən sonra həmin şəxs polis tərəfindən saxlanılıb.
Sevda "axşam.az"a açıqlamasında həmin şəxslə bağlı məhkəmənin qərar çıxartdığını deyib:
"Müraciətimin səhəri mənə dəstək çıxıldı. Hətta nazirlikdən tapşırıldı, göstəriş verildi. Polislər əllərindən gələni etdi. Yerlə-göy qədər razıyam. Şəxsi saxladılar və məhkəməyə çıxarıldı. Dəlil yetərsizliyindən həmin şəxs azadlığa buraxıldı. Məndən isə uzaqlaşdırılma qərarı verildi. Buna görə həmin insan mənim yaxınıma belə gələ bilmir. Artıq başım dincdir, problem yaşamıram. Buradan bütün yardım edənlərə, mediaya təşəkkür bildirirəm".
Qeyd edək ki, Sevda bir kişinin hər gün onun evinin yanına gəldiyini, onu izlədiyini və narahat etdiyini açıqlamışdı.