Şakiraya 8 il həbs TƏLƏB OLUNDU
30 iyul 2022 11:21 (UTC +04:00)

Şakiraya 8 il həbs TƏLƏB OLUNDU

İspaniyada təxminən 15 milyon avro vergidən yayınmaqda günahlandırılan və barışmaq əvəzinə günahsızlığını sübut etmək üçün məhkəməyə müraciət etməyə qərar verən dünya şöhrətli sənətçi Şakira üçün tələb olunan cəza bəlli olub.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, İspaniyada vergidən yayınma ittihamı ilə mühakimə olunan Şakiraya 8 il həbs cəzası tələb edilib.

Qeyd edək ki, Şakira mətbuata açıqlamasında bildirib ki, qastrollar zamanı əldə etdiyi gəlirdən İspaniyada 17,2 milyon avro vergi ödəyib və bu ölkəyə heç bir borcu yoxdur.

Prokurorluq isə məşhur müğənninin 2012-2014-cü illər üzrə 14,5 milyon avronu vergidən gizlətdiyini iddia edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4230
avatar

Oxşar yazılar