Xalq artisti Röya Ayxan
19 mart 2021 10:15 (UTC +04:00)

Xalq artisti Röya Ayxan

Röyadan ETİRAF - Yalnız bu kişini sevib - FOTO

Xalq artisti Röya Ayxan şəxsi həyatından danışıb.

Lent.az-ın məlumatına görə, müğənni  "MTV Azərbaycan"a açıqlamasında bildirib ki, bu günə qədər yalnız bir kişi sevib:

“Bir mahnı oxyanda elə bilirlər ki, sevgilinə həsr edirsən, ya da öz həyatını göstərirsən. 17 yaşımda "Səninəm" oxuyurdum, onda sevgi anlayırdım? Mənim ilk sevgim oğlumun atası olub. Bir qadın o qədər sevməlidir ki, bir kişi ondan uşaq dünyaya gətirsin. Mahnılarımı sevdikləri kişidən uşaq dünyaya gətirən qadınlar üçün oxumuşam.

Hər şeylə qəbullanan adamam. Az var az yeyəcəm, çoxdur çox... Beş ildir bir ev tikirəm: onun nazıyla oynayıram, usta ilə küsürəm, tikmirəm, 8 dəfə pilləkən sökdürmüşəm. Bütün dünyada bu problem olduğu üçün ürəyimdən gəlmir deyim, toylar başlasın. Ailəm böyük olduğu üçün hər zaman hər şeyə hazır olmuşam. Düşünmüşəm ki, belə vəziyyət olsa, necə dolanacam".

Qeyd edək ki, Röya iş adamı Anar Cəlilovla ailəli olub. Onun bu nikahdan Hüseyn adlı oğlu var.

Xalq artisti Röya Ayxan və keçmiş həyat yooldaşı Anar Cəlilov

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 44346
avatar

Yalçın UĞUR

Oxşar yazılar