Aparıcı Vüsalə Əlizadə
04 oktyabr 2021 16:42 (UTC +04:00)

Aparıcı Vüsalə Əlizadə

Qardaşını itirən Vüsalədən YENİ ADDIM - Bu sözləri yazdı

Aparıcı Vüsalə Əlizadə yenidən efirə qayıdır.

Lent.az-ın məlumatına görə, aparıcı "7 canlı" verilişinin yeni mövsüm anonsunu sosial şəbəkədəki səhifəsində paylaşıb: "Sınaqlardan keçdiyimiz, çətinliklə rastlaşdığımız, yıxılıb-qalxdığımız yoldur həyat. Nə baş versə də, itirsək də, qazansaq da dayanmaq şansımız yoxdur. Bəlkə heç nə əvvəlki kimi olmaycaq. Keçmiş keçib getməyəcək. Biz isə getməliyik, yolumuza davam etməliyik". 

Qeyd edək ki, V.Əlizadə bir müddət əvvəl qardaşı Əlihüseyn Əlizadəni itirib. O, avtomobil qəzasında dünyasını dəyişib. Mərhum Dövlət Sərhəd Xidmətinin zabiti olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 19422
avatar

Yalçın UĞUR

Oxşar yazılar