"Oskar" qazanan  məşhur aktrisa   belə sevindi -  FOTO
15 mart 2023 16:01 (UTC +04:00)

"Oskar" qazanan məşhur aktrisa belə sevindi - FOTO

Amerikalı aktrisa Ceymi Li Körtis "Oskar" mükafatını qazandıqdan sonra paylaşımı ilə diqqət çəkib.

Lent.az xəbər verir ki, o, "Los-Angeles Times" jurnalının üz qabığı üçün kamera qarşısına keçib. 

Aktrisa hovuz qırağında səhər yeməyi zamanı qızılı heykəlciklə çəkdirdiyi fotoları "Instagram" hesabında paylaşıb. 

64 yaşlı Ceymi paylaşımda "Səhəri gün. Ayıq, təəccüblü və sarsılmazam", - qeydini edib. 

Ceymi Li Körtis "Everything Everywhere All at Once" (Bir anda hər şey hər yerə) filmindəki roluna görə "Oskar" mükafatına layiq görülüb. 

Aktrisa Ceymi Li Körtis "Oskar" mükafatı ilə birlikdə mərasimdə
 

# 2688
avatar

Nigar Namiq

Oxşar yazılar