“Onları "Quran"ın altından keçirtdim” – Tanınmış bəstəkar
25 may 2022 17:21 (UTC +04:00)

“Onları "Quran"ın altından keçirtdim” – Tanınmış bəstəkar

“Restoran tipli konsertlər çoxalıb. Konsert yoxdur, şou var. Dünyadakı şouların heç birini bəyənmirəm".

Bu sözləri bəstəkar Gövhər Həsənzadə “Üzə-düz” verilişində deyib. 

Lent.az xəbər verir ki, o, "Avroviziya"da ölkəmizi təmsil edən Samir Cavadzadə və Elnur Hüseynova olan təzyiqlərdən söhbət açıb: 

"Elnurla Samir səhnəyə çıxanda elə vəziyyətdə idilər ki... Təzyiq var idi, o qədər şoklar yaşadılar ki...

Səhnəyə çıxanda onları "Quran"ın altından keçirtdim. Dedim ki, uşaqlar, heç nəyi düşünməyin, səhnədə yıxılsanız belə, başqa nota qaçsanız da, bəstəkar mənəm. Finalda nəyi dəyişdiyimi özüm onlara deyəcəyəm. Bizə Azərbaycandan baxırlar, oxuyun, gedək evimizə. Məhz bunun üçün gəlmişik bura. Onlara elə ürək-dirək verdim ki, finalda yarımfinaldan da yaxşı oxudular. Orada bütün günü Samirin Elnura necə muğam öyrətməyinin şahidi oldum. Məni qınadılar ki, eqoist kimi davrandım, iki ən güclü səsi ora apardım. Dedim, ilk dəfə idi gedirik, biz ən yaxşısını göstərməli idik. Bəlkə də sadəlövh idik, o vahiməli səhnəni bilmirdik. Elə bilirdik ki, birinci yeri qazana bilərik...".
 

# 2418
avatar

Nigar Namiq

Oxşar yazılar