Nura Suri və oğlu Xosrov
19 iyun 2021 10:41 (UTC +04:00)

Nura Suri və oğlu Xosrov

Nura Suri qəzaya düşən oğlundan yazdı: “İnsanları tanıdım”

“15 gün əvvəl oğlum qəzaya düşəndə ətrafımdan beş-altı nəfər bilirdi”.

Lent.az xəbər verir ki, bu barədə müğənni Nura Suri sosial şəbəkədə yazıb. O bildirib ki, belə xəbəri çox insanla bölüşmək istəməyib:

“Problemim olanda çalışıram ki, bölüşməyim. Hətta valideynlərimi də belə xəbərlərdən qoruyuram. Hər şeyi onlara 4 gün sonra demişdim.

Yazdığım statuslara görə nədənsə bəzi insanlar narahat olur. Amma mən heç vaxt özümə görə yazmıram. İnsanları, ədaləti düşünərək yazıb işıqlandırıram. Bacardığım qədər, hətta imkanım xaricində insanlara yardım etmişəm həmişə, edirəm də. Bunu işıqlandırmıram, reklam etmirəm ki, baxın, filankəsə bunu etdim. 

Hazırda oğlum ayaq üstədir. Çıxıb gəzirik, həkimə gedib-gəlirik, yeməyə gedirik. Hər şey yolundadır. Dünəndən telefonum susmur. Hamı yazır, zəng edir, maraqlanır. Hər birinizə təşəkkür edirəm.

Bu gün sənət dostlarımdan isə Röyanın yeri ən yüksək pillədədir. Heç vaxt yaxın dost olmamışıq, amma yaxın bildiklərimdən doğmalıq etdi. Çox mərdlik etdi. Özü hamıdan əvvəl xəbər tutmuşdu. Burda uzun-uzadı yazmaq istəmirəm. Elə şeylər var ki, onu az adam bilsə, yaxşıdır, yaxşını da, pisi də. İnsanları tanıdım və nə yaxşı ki, hər kəsin münasibətini görüb bildim”.

Qeyd edək ki, ifaçının oğlu Xosrov San-Fransiskodan Los-Ancelesə gələrkən qəza törədib. Dostunun avtomobilinin sükanı arxasında əyləşən 25 yaşlı Xosrov idarəetməni itirib, nəticədə maşın beş dəfə dövrə vurub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3524

Oxşar yazılar