"Narahatdırsa, gəlsin qarşıma” - Zamiqdən Kərimə CAVAB
23 mart 2024 18:23 (UTC +04:00)

"Narahatdırsa, gəlsin qarşıma” - Zamiqdən Kərimə CAVAB

Bir müddət öncə müğənni Kərim Abbasov şou-proqramlardan birində müğənni Zamiqə nifrət etdiyini və “Zamiq haqqında danışsam, gərək o, ölkədən çıxsın” deyib.

Lent.az-ın xəbərinə görə, Zamiq Kərimin adını çəkmədən haqqında danışılan fikirlərə münasibət bildirib.

"Hərdən aparıcılardan inciyirəm. Bir ifaçıya söz deyəndə onu başa salıb sonra demək lazımdır. Baxıram ürəyim qırılır. Mən danışan, kiməsə söz deyən və ya nəyəsə görə zəng edən insan deyiləm. Kim məndən narahatdırsa, gəlsin dursun qabağımda və sözünü desin. Şəxsən mən heç kimdən narahat deyiləm. Kiminsə də sözü məni narahat etmir.

Mənə sosial şəbəkədə kiminsə haqqında nəsə danışmaq yaraşmaz və ya mənə əli çatmayan bir insan haqda efirdə çıxıb nələrsə danışım... Buna mənim ailə tərbiyəm imkan vermir".

# 3558
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar