Nadir Qafarzadə gəlini barədə  NƏLƏR DEDİ?
30 noyabr 2021 17:30 (UTC +04:00)

Nadir Qafarzadə gəlini barədə NƏLƏR DEDİ?

Müğənni Nadir Qafarzadə gələcək gəlini barədə danışıb.

Lent.az-ın məlumatına görə, ifaçı "Tarixin bir günü" verilişində gəlini barədə danışanda göz yaşlarını saxlaya bilməyib:

“Qızın atası bir il öncə rəhmətə gedib. Dedi ki, atamın ruhu bu evdədir, nişan burada olsun. Çox yaxşı ailədir. Gəlinim artıq bizim ailənin üzvüdür, mənim balamdır. Atası olmasam da, gəlinimə söz vermişəm ki, onu atası qədər istəyəcəm. Allah bütün balaları xoşbəxt etsin”.

Qeyd edək ki, N.Qafarzadənin oğlu Loğman Əntiqə adlı xanımla ailə qurmağa hazırlaşır. O, övladına bu ay nişan edib. Cütlüyün toyu dekabrın 20-də olacaq.

# 6126
avatar

Yalçın UĞUR

Oxşar yazılar